AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun “İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” monoqrafiyası nəşr olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, müəllif monoqrafiyanın I fəslində Nəsiminin dilində işlənmiş türk mənşəli ümumi isimləri, II fəslində isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək oğuz qrupu türk dilləri ilə müqayisə edib.
Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Sevil Mehdiyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Baba Məhərrəmli və Qızılgül Abdullayevadır.