“Abituriyent” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr edilib.

NUHÇIXAN xəbər verir ki, jurnalda ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsinə qatılmaq üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, plan yerləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Qaydalara əsasən, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanında iştirak etmək üçün qəbul (cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər (fənlər üzrə bal məhdudiyyəti tələb olunmur) iyulun 6-dan 16-dək DİM-in internet saytında eservices.dim.gov.az/erizetex/qabiliyyet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanları iyulun 30-dan avqustun 3-dək yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilimiş qaydada keçirilir.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarındakı binalarında “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: