Naxçıvan bölməsinə hədiyyə edilən kitabların təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı keçirilib. 

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır. 

İsmayıl Hacıyev cari ildə Mədəniyyət Nazirliyi tərəfindən, ümumilikdə, 55 adda əlyazma və kitabın bölməyə hədiyyə edildiyini diqqətə çatdırıb.

Sonra Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev muxtar respublikada mədəniyyətə, xalq yaradı cılığının inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini deyib, muzeylərin yaradılması ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışıb. Piri Nağıyev hədiyyə olunan kitablarla bağlı məlumat verərək bildirib ki, nəşrlər Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən nazirliyə təqdim olunub.O,gələcəkdə də bölmə ilə nazirlik arasında bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.

Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin apardığı tədqiqatlarla bağlı ümumi məlumat verərək tədbir iştirakçılarını yeni əlyazma və çap kitabları ilə yaxından tanış edib. Bildirib ki, hədiyyə olunan nəşrlər arasında ərəb və fars dillərində dini mövzularla bağlı “Risalə” əlyazması, “Qurani-Kərim”in dörd nüsxəsi, Məhəmmədbağır ibnMəhəmmədtəqinin “Məclis”, Şeyx Molla Əbülqasim Gənci Axundzadənin “Gülzari-həqiqət”, Bəhaəddin Məhəmməd Amilinin “Cameyi-Abbasi”, eləcə də müxtəlif tarixi əsərlər, dini hekayələr toplusu və digər kitablar var.

Sonda Akif Hacıyev çıxış edərək tarixi əhəmiyyət kəsb edən maddi mədəniyyət, nadir sənət nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: