Mütaliə ruhun qidasıdır

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə “Mütaliə ruhun qidasıdır” adlı tədbir keçirilib.

Tədbirdə universitetin Elmi Kitabxanasının direktoru Aypara Behbudova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamla mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Nərmin Allahverdiyevanın “Mütaliənin dünyagörüşün formalaşmasında rolu”, Aytən Məmmədovanın isə “Mütaliə-ən təsirli tərbiyə vasitəsi kimi” mövzularında çıxışları dinlənilib.

Sonda maraqlı müzakirə olub. Tələbələr öz fikirlərini bildiriblər. 
                                                               


                                                              Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: