Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri noyabr ayında da davam etdirilib.
Belə ki, ötən ay dövlət ümumi təhsil müəssisələrində 148 vakant vəzifənin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanlarında 220 namizəd iştirak edib. Müvafiq keçid balını toplamış 120 namizədin sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” keçirilib, turnirdə 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak edib.
Ötən ay komissiya tərəfindən dövlət qulluğu, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 43, müəllimlərin işə qəbulu və dövlət qulluğu üçün keçirilən sınaq imtahanında isə 40 nəfər iştirak edib.