AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Orucovanın “Orta əsrlər farsdilli lüğətlərdə türk elementləri” monoqrafiyası çap olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, monoqrafiyada olaraq orta əsrlər farsdilli lüğətlərdə qeydə alınmış türk sözləri mümkün qədər əhatəli tematik qruplarda və çoxsaylı nümunələr əsasında ilk dəfə tədqiq olunub. Həmçinin sözlərdə etimoloji, semasioloji və digər aspektlərdə baş vermiş dəyişikliklər tarixi-müqayisəli şəkildə araşdırılıb. Bununla yanaşı, müəllif sözlərdə baş verən fonetik, morfoloji prosesləri də tədqiq edib.