NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda universitetin rektoru Nurlana Əliyeva Azərbaycan Respublikasının enerji sahəsində əldə etdiyi uğurlardan və diplomatiya sahəsində qazanılan nailiyyətlərdən danışıb.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərlinin və digər əməkdaşların çıxışları dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Seyfur Hacımuradov