NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunu müəlliminə yazdığı məktub” kitabı müzakirə edilib.
Tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki,müzakirəsi keçirilən kitablar gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edir.
“ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunu müəlliminə yazdığı məktub” un pedaqoji təhlili mövzusunda çıxışında Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Taleh Xəlilov bildirib ki, kitab həcmcə çox qısa olmasına baxmayaraq çox mühüm kodeksləri özündə birləşdirir. Vurğulanıb ki, həmin məktub sanki təkcə yazıçının deyil, bütün valideynlər adından müəllimlərə ünvanlanmış məktubdur. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir və onun üzərinə mənəvi vəzifə qoyur.
Riyaziyyat müəllimliyi ixtisası üzrəIII kurs tələbəsi, fakültənin Tələbə Gənclər təşkilatının sədri Hüseyn Məmmədovkitabıntələbələr üçün tərbiyəvi əhəmiyyətindən danışıb.
Səadət Əliyeva