AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova elmi tədbirlərdə iştirak etmək üçün dəvət alıb.
NUHÇIXAN xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında baş tutacaq elmi tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyası (Rusiya), Avropa Təbiət Elmləri Akademiyası (Böyük Britaniya), Təbiət Elmləri Akademiyası Nəşriyyatı (Almaniya) və Avrasiya Elmi və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək.