Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində 15 İyun Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA Naxçıvan bölməsinin əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva iştirakçılara Milli Qurtuluş Günü ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya getməklə ölkənin parçalanması və vətəndaş müharibəsinə sürüklənməsinin qarşısını alıb. Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Sonra məktəbin şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib. Vətənpərvərlik mövzusunda mahnılar dinlənilib və rəqs nömrələri təqdim edilib.