Tələbələr istehsalat təcrübəsində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının 3-cü və 4-cü kurs tələbələri hər il istehsalat təcrübəsində olurlar. Bu dəfə  4-cü kurs tələbələri istehsalat təcrübəsini Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirlər.

Təcrübə müddətində onlara efirə nəzarət, radio və televiziya vericiləri, elektron təhlükəsizlik haqqında  ətraflı məlumat verilib. Eyni zamanda tələbələr muxtar respublika ərazisindəki radio və televiziya kanalları, onların yayım xəritələri ilə tanış olub, internetlə bağlı elektron təhlükələr və onların qarşının  alınması üsulları haqda biliklərə də yiyələniblər. Bundan başqa gələcəyin rabitəçilərinə avtomat-telefon stansiyasında, Naxtel İnternet Mərkəzində və rabitə sisteminin digər sahələrində geniş məlumatlar verilib. 

Tələbələrlə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan 8 tələbəyə 2019-2020-ci tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib.  Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki toxumları” adlı növbəti müsabiqə keçirilib və seçilən 7 tələbə həmin şirkətin Şenyen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib. 

Rövşən Məmmədov bildirib ki, şirkətin peşəkar mütəxəssisləri tərəfindən “Naxçıvan” Universitetində yaradılan İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzində 3-cü ildir ki, təhsil müəssisələri ilə razılaşdırılmış qrafikə uyğun olaraq tələbələr qarşısında məruzələr də təşkil edilir. 

Nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə “Naxçıvan” Universitetində “İdeyadan biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. 3 komanda ölkə paytaxtında keçirilən milli finalda iştirak edib. 

Tələbələrlə görüşdə startap portalının yaradılması və bu sahədə həyata keçirilən tədbirlərdən də ətraflı bəhs olunub. 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, nazirliyin əməkdaşları və tələbələr  istehsalat təcrübəsinin əhəmiyyətindən danışıblar. 

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: