Naxçıvanda IX-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

25 may-08 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev ideyalarında Qurtuluşa gedən yol” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Rayon mərhələlərinin qalibi olmuş müəlliflərin inşa yazıları müsabiqəyə təqdim edilib. Müsabiqənin muxtar respublika mərhələsinin qalibləri 12 iyun 2018-ci il tarixdə təşkilatçılar tərəfindən  diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: