Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiya Elmlər Akademiyasının “Qeyri-üzvi kimya” jurnalının redaksiya heyəti tərəfindən 2019-cu ildə jurnala daxil olan məqalələr üçün yaxşı hazırlanmış rəylərə görə keçirilən müsabiqənin qalibi olub.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan NUHÇIXAN-a bildirilib ki, M.Babanlı “2019-cu ilin ən yaxşı rəyçisi diplomu”na layiq görülüb.