Tələbələrin keçdiyi təcrübə yekunlaşıb

A- A A+

Naxçıvan Şəhər Prokurorluğundan NUHÇIXAN-a verilən məlumata görə, noyabr ayının 12-dən Prokurorluqda təcrübədə olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri ilə keçirilən görüşlər artıq yekunlaşıb.

Təcrübə müddətində prokurorluğun fəaliyyəti istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında tələbələrə ətraflı məlumat verilib. Əlavə olaraq tələbələr prokurorluqdakı qanunvericilik bazası və qanunvericiliyin sistemləşdirilməsi işi ilə də yaxından tanış olublar.

Bundan başqa Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi,II dərəcəli hüquqşünas Abdulla Quliyev cinayət təqibi üzrə icraatın aparılması, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və başqa məsələlər haqqında da tələbələri məlumatlandırıb.

Təcrübənin sonunda prokurorluq və qanunvericiliyin digər istiqamətləri ilə bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: