Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Azərbaycanın dağ yerlərində bələdiyyə torpaqlarının inteqrasiyalı idarə edilməsi” təlimat kitabçasını hazırlayıb.
Universitetdən NUHÇIXAN-a bildiriilib ki, kitabça “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə edilməsi” (IBiS) proqramı çərçivəsində hazırlanıb. Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin maliyyələşdirdiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə həyata keçirilən proqramın məqsədi torpaqların inteqrasiyalı idarə olunması haqqında bilik və təcrübələri paylaşmaqdır.
Kitabçadan bələdiyyə nümayəndələri, torpaq idarəçiləri, turizm şirkətlərinin menecerləri, tələbələr, elmi işçilər istifadə edə bilərlər.