Azərbaycanda səhralaşma ocaqları müəyyən edilib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov və Emil Cəbrayılov Azərbaycan Dövlət Televiziyası çəkiliş qrupunun müşayiəti ilə Mil düzünün Şirinqum təpələri ərazisində çöl-tədqiqat işləri aparıblar.
Coğrafiya İnstitutundan NUHÇIXAN-a bildirilib ki, araşdırmalar nəticəsində müəyyənləşdirilmiş yeni səhralaşma ocaqlarında müşahidə və ölçmə işləri aparılıb, Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə etməsi müəyyən olunub. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülüb, coğrafi koordinatlar dəqiqləşdirilib. Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunub.
Hazırda tədqiqatlar davam etdirilir.