NUHÇIXAN xəbər verir ki, Türkiyədə əhəmiyyətli nəşriyyatlardan biri olan “Akçağ” yayınlarında bu günlərdə nəşr olunan iki cildlik “Türkiyə xaricindəki Türk Dünyası Türkoloqları–Dilçilər” kitabının birici cildində tanınmış naxçıvanlı alim AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev haqqında da məlumat verilib. Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktorudur. Kitabda alimin türk dünyasında türkologiya elminin inkişafında göstərdiyi müstəsna xidmətlərindən bəhs olunub.
Qeyd edək ki, alimin yaradıcılığının əsas meyarı Türk dünyasına dair əhəmiyyətli tədqiqatlar istiqamətindədir. Qədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biri olan Əbülfəz Quliyevin bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunub. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır.
Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru