Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, “Vikipediya”da humanitar mövzularla yanaşı, dəqiq, texniki elmlər haqqında da məqalələr yaradılır. Belə ki, könüllülər tərəfindən kimya və riyaziyyat sahələri üzrə Atlas (topologiya), kombinatorial məntiq, natrium nitrit, natrium benzoat, Arximed aksiom haqqında maraqlı məlumatlar “Vikipediya”da yerləşdirilib.
“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.