Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu “Vikipediya” qrup könüllüləri tərəfindən “Azərbaycan dendrflorası”nın I-V cildləri “Vikipediya” virtual ensklopediyasında yerləşdirilib.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, “Azərbaycan dendrflorası”nın I-V cildlərində ölkəmizin təbii florasında olan bitkilərlə yanaşı, introduksiya edilmiş yeni bitkilərin bioekoloji xüsusiyyətləri və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə perspektivliyi haqqında məlumat verilib. Cildlərdə fəsilə, cins və növlərin taksonomiyası, təyinedici açarları son təklif olunan APG III-IV sisteminə əsasən verilib, ümumi yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilib.
“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.