Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Yanvarın 9-dan 11-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Yanvarın 9-da mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır. Yanvarın 10 və 11-də isə daha sakit şəraitin meydana gələcəyi gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 9-da 5 faizdən, yanvarın 10 və 11-də isə 1 faizdən aşağı qiymətləndirilir.