Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçiriləcək.
Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, tədbirdə İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdiriləcək.
Təqdimat mərasimi yanvarın 13-ü saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.
Xatırladaq ki, “İrəvan xanlığı” kitabı bundan əvvəl Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərində çap olunub.