Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulur. Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçiriləcək olimpiadalarda IX, X və XI sinif şagirdləri biliklərini sınayacaqlar. Elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin də iştirakına icazə verilir.