Təhsil Nazirliyinin rəsmi “Teleqram” kanalı fəaliyyətə başlayır

A- A A+

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Teleqram” kanalı (@edugovaz) fəaliyyətə başlayır.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, kanalda bu qurumun əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Teleqram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: