“Vikipediya”da Xocalı faciəsi və Milli qəhrəmanlarımız haqqında yunan dilində məqalələr yaradılıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, “Vikipediya”da Xocalı faciəsi, həmçinin Milli qəhrəmanlarımız Əlif Hacıyev, Tofiq Hüseynov, Nadir Əliyev, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı hərbçi Cəlil Xudiyev haqqında yunan dilində məqalələr yaradılıb.

Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

“Vikipediya”da mərkəzin könüllüləri tərəfindən digər Milli qəhrəmanlarımız haqqında da xarici dillərdə məqalələrin yaradılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: