Naxçıvanlı şairin kitabı Tehranda nəşr olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü İbrahim Yusifoğlunun “Payızda üşüyən çiçək” adlı uşaq şeirlərindən ibarət 28-ci kitabı İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Xudafərin” nəşrlər evində fars əlifbası ilə nəşr edilib.
Kitabda “Azərbaycan Vətənimdir”, “Naxçıvanam – gözəlliklər məskəniyəm”, “Arpaçay”, “Arpaçayın uşaqları”, “Kəndimiz”, “Dağ yolunda”, “Əsgər inamı” kimi şeirlərində Vətənə bağlılığı əks etdirən misralar yer alıb. Həmçinin ümumazərbaycan konteksindən çıxış edən, şair İbrahim Yusifoğlu bölgələrlə yanaşı doğulub boya-başa çatdığı Naxçıvanı da vəsf edir.
İbrahim Yusifoğlunun şeirlərində uşaqların təbiətə, təbiət hadisələrinə, əşya və canlı varlıqlara münasibətlərində bir təbiilik, sadəlik və doğmalıq var.
Kitabda həmçinin müəllif haqqında oxuculara ətraflı məlumat da verilib.
Budaq Təhməz,
Azərbaycan yazıçılar birliyinin üzvü,şair-publisist.