DİM: Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi uzadılıb

A- A A+

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

DİM-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 20 iyun saat 10:00-dək uzadılıb: "İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: