“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

A- A A+

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, bu qurumun tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər yanvarın 21-dək www.yourenglishvoice.edu.az portalında qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə etmək olar.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına marağın artırılmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: