Şahmat üzrə növbəti interaktiv dərsi 200 şahmatçı izləyib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər, Fransız müdafiəsinə  aid oyunların təhlili” mövzusundakı interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən izlənilib.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün də seminar təşkil edilib. Eyni zamanda rayon şahmat məktəbləri  arasında keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları  da təhlil edilib.

İnteraktiv dərs­ zamanı şahmatçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: