“Naxçıvan” Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  "20 Yanvar  xalqımızın hüzn və qəhrəmanlıq tarixidir" mövzusunda elmi konfrans  keçirilib

Tədbir iştirakçıları ilk əvvəl universitetin tədris korpusunun foyesindən 5-ci mərtəbəyədək düzülmüş 20 Yanvar hadisələrini əks etdirən foto, qezet və jurnallara baxıblar. Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu  bildirib ki, 1990-ci ilin yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış Sovet Ordusu dəstələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girmiş, xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətmişlər. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Bu dövrdə hamı susduğu halda faciəyə ilk dəfə münasibətini xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyində bildirmiş, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulamış və siyasi qiymət verilməsini tələb etmişdir.

Konfransda universitetin  Ümumi tarix kafedrasının müəllimləri, professor Vəli Baxşəliyevin “20 Yanvar ərəfəsində Azərbaycanda ictimi-siyasi vəziyyət”, Zülfiyyə Mehdiyevanın  “20 Yanvar faciəsinə Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verilməsi” və  universitetin magistr II kurs tələbəsi  Könül Vəliyevanın “20 yanvar” hadisəsi gənclərin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında vasitə kimi” mövzularında çıxışları dinlənilib.

Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilib.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: