Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Genetik Ehtiyatlar İnstitutunun əsərləri” (“Proceedings of the Genetic Resources Institute of ANAS”) jurnalı məqalə qəbulu elan edir.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, məqalələrin qəbulu aprelin 30-dək davam edəcək. Təqdim olunacaq məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, Azərbaycan, ingilis və rus dillərinin birində yazılmalıdır. Tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə tərtib olunmuş 4-8 səhifədən, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.
Qeyd edək ki, jurnalda genetika, genomika, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənlərarası tədqiqatlara aid yüksəkkeyfiyyətli məqalələr dərc olunur.