Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Musiqi Kollecində dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi keçirilib. Müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim edib. Dekabrın 25-i və 26-da keçirilən test imtahanlarında iştirak edən 60 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.

Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib.

Müsahibə mərhələsində 12 nəfər iştirak edib, müvafiq keçid balını (12 və ya daha çox) toplayaraq uğur qazanmış 8 namizədin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə göndəriləcəkdir.

                                                                   Əbülfəz Dünyamalıyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: