“Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu çapdan çıxıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyi tərəfindən “Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu nəşr etdirilib.

Muzeydən NUHÇIXAN-a bildiriblər ki, toplunun tərtibçisi bu müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə nəşr olunan topluda böyük şair və dramaturq Hüseyn Cavidin istedadlı oğlunun çoxşaxəli irsi haqqında məqalələr toplanıb. Kitabda filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının da məqalələri yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: