Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

A- A A+

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə göndərilib.

Olimpiadanın bu mərhələsində 33 min 784 şagird iştirak edib. Bilik yarışına IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri qatılıblar. Respublika olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Növbəti mərhələyə qeydiyyat fevralın 5-dən 15-dək www.olimpiada.edu.az saytında aparılacaq.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: