Tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər aprelin 26-da imtahan verəcəklər

A- A A+

Orta ixtisas təhsil müəssisələrinə tam (11) illik orta təhsil bazasında tələbə qəbulu əvvəlki ilin məzunları üçün aprelin 26-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, cari ilin məzunları üçün əlavə xarici dil imtahanının da aprelin 26-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərdə orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və rus dili imtahanı da aprelin 26-da keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyənləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: