Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir mərhələdə multukulturalizm” mövzusunda elmi konfrans keçirilib.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multukulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan xalqının həyat tərzinə çevrilən multikulturalizm eyni zamanda dövlət səviyyəsində də həmişə təbliğ olunur. Bu dəyərlərə önəm vermək sahəsində Azərbaycan dünya dövlətləri içərisində nəinki seçilib, beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsinə birbaşa təsir edib. Rektor 2015-ci ildən universitetdə “Multikulturalizm” fənninin keçirilməsindən danışıb və qeyd edib ki, Naxçıvan Dövlət Universiteti fənni tədris prosesinə seçmə fənn kimi daxil edən ilk universitetlərindəndir.

Sonra çıxışlarda vurğulanıb ki, multukulturalizm anlayış olaraq yeni həyat tərzi və mahiyyət baxımından qədim tarixə malikdir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkəmiz multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınır.

Bildirilib ki, multukulturalizm bu gün dünyada sivilizisayaların toqquşduğu qlobal problemlərin yer kürəsini çətin, gərgin vəziyyətə saldığı bir dövrdə Azərbaycan Respublikasının daxili və xarici siyasətində dövlət siyasəti kimi ifadə olunur və dövlət başçısı tərəfindən bu siyasət layiqincə həyata keçirilir.

 

                                                      Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: