Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr”ə həsr edilmiş seminar-müşavirə keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə universitetin rektoru Elbrus İsayev müşavirənin məqsədinin universitetin xarici dillər fakültəsində tədris edilən dərslərə diqqətin artırılması, bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılmasından ibarət olduğunu qeyd edib.
Müəllimlərin rəy və təklifləri dəyərləndirildikdən sonra rektor qarşıya qoyulan tələbləri müəyyənləşdirib. Rektor bildirib ki, məqsədimiz müəllimlərin dil və tədris bacarıqlarının, əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqini təkmilləşdirmək, müəllimlərin ingilis dilində danışıq səriştəsini artırmaq, beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.
Səadət Əliyeva