NUHÇIXAN xəbər verir ki, Thomson Reuters Master və Scientific Indexing Services beynəlxalq indekslərinə daxil olan və Meksikada nəşr edilən “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores" jurnalının növbəti sayında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı, gənc tədqiqatçı Arzu Abdullayevin məqaləsi dərc olunub. İngilis dilində dərc olunan və “XIX əsr Naxçıvan şəhərinin məhəllələr üzrə təsviri” adlı məqalədə XIX əsrdə Azərbaycanda mövcud 10 şəhərdən biri olan Naxçıvanda yerləşən məhəllələr, onların hazırda yerləşdiyi ərazilərdən bəhs olunur.
Qeyd edək ki, tədqiqatçı o dövrə aid mənbələrə və eləcə də arxiv sənədlərinə istinad edərək XIX əsrdə Naxçıvan şəhərində 13 məhəllənin olduğunu qeyd edir.
Səadət Əliyeva