Fevralın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, sınaq imtahanı qəbul modeli əsasında təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11-də başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.
İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq.
Xatırladaq ki, sınaq imtahanında iştirak etmək istəyənlərin yanvarın 21-dən 27-dək DİM-in internet saytında qeydiyyatı aparılıb.