Naxçıvan Müəllimlər İnstitutunda təkmilləşdirmə kursu keçən müəllimlərə sertifikatlar verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 29 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim edilib.         

Təqdimatda İnstitutun və Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin əməkdaşları iştirak ediblər. Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov institutda diplomdan sonrakı təhsilin təşkili yollarından, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bu sahədə aparılan əməkdaşlıqdan danışıb. İbtidai sinif müəllimləri üçün təşkil edilən  kurs “İbtidai siniflərdə Ana dili fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusuna həsr olunub.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov, İnstitutun professoru Akif İmanlı və kurs iştirakçıları olan müəllimlər çıxış edərək təlimin əhəmiyyətindən danışıblar.

Sonda müvəffəqiyyət qazanan kurs iştirakçılarına sertifikatlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: