Naxçıvanda Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına həsr edilən yeni kitab çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, “Zəngəzur Milli Parkı” adlı kitabın əsas məqsədi Milli Parkın ümumi səciyyəsini vermək və obyektin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə beynəlxalq elmi əlaqələrin yaradılmasına diqqət yönəltməkdir.
Kitab 4 bölmədən ibarətdir.
Kitabda Zəngəzur Milli Parkının coğrafi xüsusiyyətləri, geoloji quruluşu, oroqrafiyasının öz əksini tapıb. Həmçinin, parkın ərazisindəki faydalı qazıntılar, eləcə də hidroqrafiyası, təbii iqlim şəraiti, parkın landşaftını formalaşdıran əsas komponentlər nəşrdə geniş şəkildə qeyd olunub.
Qeyd edək ki, ekoloqlar, coğrafiyaçılar, kənd təsərrüfatı işçiləri, xalq təbabəti ilə məşğul olan mütəxəssislər və ali məktəb tələbələri üçün faydalı olan kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondu tərəfindən nəşr edilib.
Elnurə Tahir