Naxçıvan Müəllimlər İnstitutunda “Gənclər Günü” münasibəti ilə “Dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbiri institutun prorektoru Azad Novruzov bildirib ki, ölkəmizdə gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, gənclərin məşğulluğunun ,onların yaradıcılıq fəaliyyətinin və asudə vaxtının təşkili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi və digər müddəaların həyata keçirilməsi üçün mütəmadi və ardıcıl iş aparılır.
Tədbirdə həmçinin Təbiət və incəsənət fakültəsi gənclər təşkilatının sədri Eltac Qurbanov “Naxçıvan Muxtar Respublikasında tələbə gənclərin inkişafı üçün mövcud şərait”, Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Həsənova “2019-cu il ərzində Naxçıvan Müəllimlər İnstitutunun tələbə gənclərinin qazandığı uğurlar”, Tələbə Həmkarlar İttifaqının sədri Günel Məmmədova isə “Naxçıvan Müəllimlər İnstitutunda tələbə gənclərin formalaşması və inkişafı üçün mövcud şərait” mövzusunda geniş məlumat veriblər.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.