Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 150-dən çox bakalavr ərizəsini təsdiqləyib

A- A A+

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında iştirak etmək üçün fevralın 3-ü saat 10:00-dan etibarən internet vasitəsilə bakalavrların sənəd qəbulu aparılır.

NUHÇIXAN Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, saat 13:30-a olan göstəricilərə əsasən, magistraturaya qəbul imtahanında iştirak etmək üçün 153 (Azərbaycan bölməsi - 135; rus bölməsi – 18) bakalavr ərizəsini təsdiqlədib. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 13-ü saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

Xatırladaq ki, imtahan fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: