Naxçıvanda Polis Məktəbi tikilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Polis Heyəti hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  Orta İxtisas Polis Məktəbi yaradılıb.

NUHÇIXAN xəbər verir ki, may ayında Naxçıvan şəhərində polis məktəbi üçün binanın tikintisinə başlanıb. Məktəb kompleksində tədris korpusu, qərargah, yeməkxana və 133 yerlik yataqxana binaları nəzərdə tutulur.

Tədris korpusunda sinif otaqları, laboratoriyalar, elektron sinif, kitabxana və digər otaqlar fəaliyyət göstərəcək. İkimərtəbəli olacaq tədris korpusunda  orta ixtisas təhsilli polis əməkdaşlarının hazırlanması üçün ən müasir şərait yaradılacaq.

Əbülfəz   Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: