AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadənin baş redaktor olduğu “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı” kitabı çapdan çıxıb.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, 456 səhifəlik, iki fəsildən ibarət kitabın müəllifləri AMEA-nın müxbir üzvü Tələt Kəngərli, yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayev, Geotektonika və regional geologiya şöbəsinin əməkdaşı Ziyafət Abadzadədir. Əsərdə Naxçıvan Muxtar Respublikasının ərazisində uzun illər aparılmış geoloji, geomorfoloji və hidrogeoloji tədqiqatların, geoloji planlama, axtarış və kəşfiyyat işlərinin nəticələri yer alıb.
“Geoloji mühitin müasir durumu” və “Tədqiqatlar və tədqiqatçılar” fəsillərində Naxçıvan Muxtar Respublikasının geoloji mühiti və onun tədqiqatçıları barədə məlumat təqdim olunur.
Nəşrdə mövzulara dair rəngli foto, diaqram və xəritələr verilib.