2019/2020-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad edilib. Həmin şagirdlər ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə biləcəklərmi?
NUHÇIXAN-ın sorğusuna cavab olaraq DİM-dən bildirilib ki, buraxılış imtahanlarından azad olunan şagirdlər ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılmayacaqlar.