Ötən il dekabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər. Bunun üçün onlar DİM-in Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət edə bilərlər.
Namizədlər sertifikatlarını almaq üçün şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər.