Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi müqavilə əsasında işçi qəbulu elan edir.
Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, namizədlər musiqi sənəti istiqaməti üzrə müvafiq bilik və bacarıqlara malik olmalıdır:
-Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
-Azərbaycan və rus dillərini bilmək;
-Microsoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
-Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
-Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
-Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əməkhaqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını Dövlət İmtahan Mərkəzinin saytından yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.