Təhsil Nazirliyi: 3 min 83 tələbə köçürülmək üçün müraciət edib

A- A A+

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3 min 83 müraciət qeydə alınıb.

Ali təhsil müəssisələrindən köçürülmək, yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2 min 668 nəfər, orta ixtisas təhsili müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir.

Hazırda tələbələrin müraciətlərinə baxılır. Nəticələrin mart ayında açıqlanması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: