Akademik Yusif Məmmədəliyevin əsərləri Mərkəzi Elmi Kitabxananın elektron kataloquna daxil edilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ölkəmizdə üzvi kimyaçılar məktəbinin qurucusu, Azərbaycanın ilk akademiklərindən biri, iki dəfə AMEA prezidenti olmuş Yusif Məmmədəliyevin “Seçilmiş əsərlər” üçcildliyi daxil olub. MEK-dən NUHÇIXAN-a bildirilib ki, üçcildlik kitabxananın elektron kataloquna daxil edilib.

Akademik Yusif Məmmədəliyevin əsərlərindən ibarət kolleksiya AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar təkrar nəşr olunub.

Kolleksiya neft-kimya sahəsinin mütəxəssisləri, müəllimlər və universitet tələbələri üçün nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: