Magistraturaya ərizə qəbulu bu gün başa çatır

A- A A+

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bu gün saat 09.45-ə olan məlumata görə, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. Ərizələrini hər hansı bir səbəbdən özləri təsdiq edə bilməyən bakalavrlar Sənəd Qəbulu Komissiyasına saat 17:00-dək müraciət edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: